AMEA-nın işıqları kəsildi - Borca görə

amea-nin-isiqlari-kesildi
Oxunma sayı: 2893

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

"Qafqazinfo"nun "APA-Economics”ə istinadən məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.