Amerikada Azəbaycanla bağlı səsvermə

amerikada-azebaycanla-bagli-sesverme
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə baglı müraciət yerləşdirib.

Millət vəkili bununla bağlı “Facebook” hesabında status paylaşıb:

“Əziz dostlar! Qardaşım Hüseyn Paşayevin ABŞ prezidentinin rəsmi saytında, Ağ Evin rəsmi saytında yanvar ayının 23-də Dağlıq Qarabağ münaqişəsi ilə baglı yerləşdirdiyi müraciətə sizin də dəstəyinizlə artıq 1706 nəfər dəstək verib. Mənim çağırışımdan sonra dəstək göstərən insanlara təşəkür edirəm. Xahiş edirik ki, siz də bu müraciətlə tanış olun və səs verin və eyni zamanda Facebook dostlarınızı səs verməyə cağırın və onlara necə səs verməyi izah edin. Əgər Fevral ayının 23-nə qədər 100000 (yüz min) səs toplansa ölkəmiz üçün ən ağrılıı məsələ olan Dağlıq Qarabağ münaqişəsi Ağ Evdə müzakirə olunacaq və bununla bağlı rəsmi cavab (açıqlama) veriləcək. Bu haqda məlumat Ağ Evin rəsmi internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciəti yaratmış və yerləşdiriş Hüseyn Paşayevə gələn rəsmi email məktubda bildirilmişdir.

Bütün qardaş-bacılarımızı, Azərbaycanın ədalətli mpvqeyini dəstəkləyən dostları bir daha səs verməyə cağırırıq. Bu məlumatı hər kəslə paylaşın, necə səs verməyi izah edin və dəstək göztərməyə çağırın. Eyni zamanda bu müraciətin müəllifi tərəfindən ingilis dilində hazırlanmış variantını da yerləşdirərək xahiş edirık bütün dünyada olan dostlarınızlada bölüşəsiniz və onları da səs verməye cağırasınız. Qabaqcadan təşəkkürlər!”

Qeyd edək ki, ilkin olaraq saytda “Create an account” bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Bundan sonra qeyd etdiyiniz email ünvanına daxil olub sizə göndərilən linki təsdiqləmək, təsdiqlədikdən sonra “SİGN THİS PETİTİON” düyməsini sıxaraq SƏS vermək lazımdır.