Amerikalı senatorun “gözəgörünməz eynəyi” gülüş hədəfi oldu - Video

amerikali-senatorun-gozegorunmez-eyneyi-gulus-hedefi-oldu
Oxunma sayı: 3898

Amerikalı senator Orrin Xetçin “gözəgörünməz eynəyi” internet istifadəçilərinin gülüş hədəfinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə senatorun Konqresdə çıxışı zamanı baş verib. 

Görüntünü jurnalist Conatan Levayn tvitterdən paylaşıb. Bir sutkadan az vaxtda videonu 60 min insan paylaşıb. 

Senatorun nümayəndələri isə zarafatla bildiriblər ki, Xetç hələ satışa çıxmayan gözəgörünməz eynəyi test edib. Daha sonra qeyd ediblər ki, senator eynəyini evdə unudub, həmin hərəkət isə vərdişlə əlaqədar olaraq baş verib.