“Anam toylarda oxumağa icazə vermir”

anam-toylarda-oxumaga-icaze-vermir
Oxunma sayı: 3175


“Qafqazinfo”nun gecce.az-a istinadən verdiyi məlumata görə, bunu ifaçını özü deyib. O, həmçinin efirlərə tez-tez çıxmağı mənasız hesab edib.

Uşaqlıqdan “Bülbüllər”qrupu ilə festivallarda iştirak etmişəm. Elə bil qalibiyyət və yarışmalar qanıma hopmuşdu. Bu sənəti canımdan çıxara bilmirdim. Mən efirlərdə görünməyə can atanalardan deyiləm.

Verilişlərə çıxmaqda bir məna görmürəm. İnsanlar reklam və populyarlıq məqsədilə efirlərə üz tuturlar. Bu mənə lazım deyil. Hətta bir neçə verilişdən dəvəti geri çevirdiyim üçün məndən iciyiblər. Efirlərdə mənasız simaya çevrilmək istəmirəm. Mediada belə əgər sənin məhz şəxsi həyatından yazırlarsa, günahkar özünsən. Mən bu sənətə hobbi kimi yanaşıram.”

Aynişan Quliyeva toylarda ifaçı kimi çıxış etməkdən belə üz çevirib. Bunun səbəb isə  anası Aybəniz Haşımovanın ona qoyduğu qadağadır.

“Toylara müğənni kimi ümumiyyətlə getməmişəm. Mənim üçün bu həmişə qadağa olub. Hətta xalam oğlunun toyunda belə ifa etmədim. Şaiyələr yayarlar ki, Aynişan toylarda oxumağa başlayıb. Toyda oxumağa qətiyyən pis baxmıram. Mənim anam da şənliklərdə iştirak edir.”