“ANS üçün saç ağartmışam”

ans-ucun-sac-agartmisam
Oxunma sayı: 635

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında jurnalist Mübariz Əsgərov “Rezonans” telelayihəsinin Xəzər TV-də yayımlanması məsələsinə münasibət bildirərkən deyib.

“Mən özüm müstəqil studiya yaratmışam. Bu studiyanı tanıtmaq üçün ilk telelayihəni başqa kanalda yayımlatmağı qərara aldıq. ANS-lə əməkdaşlıq etməkdə davam edirəm. Bundan sonra ANS-də başqa layihələrim də işıq üzü görəcək. Mən ANS-dəyəm”.

Mübariz Əsgərov Azərbaycan vahid teleməkanı arasında bölgü aparmadığını da bildirib: “Mənim üçün vahid teleməkan var. ANS mənim üçün doğma kanaldır. Onun üçün sözün bütün mənalarında saç ağartmışam. Ona sadiq olacam. Sadəcə, mənim üçün maraqlı idi ki, başqa kanalda mənim layihəmi necə qarşılayacaqlar. Tamaşaçı başqa telekanaldan hazırladığım layihəni necə görəcək”.

Mübariz Əsəgərov “Rezonans” layihəsinin onu qane edib-etməməsi məsələsini də toxunub. “Orada bir sıra mövzular var ki, çəkib göstərilməlidir. Mən onu bilirəm ki, bu layihədən istədiyimin bir neçə faizini ala bilmişəm. Amma baxanların xoşuna gəlib. Deməli çəkdiyimiz əziyyətə dəyər. Həbsxanalarda cəza çəkənlər də bizim vətəndaşlardır. Mən istəmirəm ki, onlar sınsınlar. Sınmayan vətəndaşları olan ölkəni sındırmaq da çox çətindir”.

Günel Türksoy