Ardanın yeni baş məşqçisi bəlli oldu

ardanin-yeni-bas-mesqcisi-belli-oldu
Oxunma sayı: 637

“Barselona”nın yeni baş məşqçisi Ernesto Valverde olub.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

53 yaşlı Ernesto Valverde 2013-2017-ci illərdə Bilbaonun “Atletik” komandasına rəhbərlik edib.

O, futbolçu olan zaman katalon klubunun heyətində çıxış edib.

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi Luis Enrike mövsum başa çatdıqda klubu tərk edəcəyini əvvəlcədən bildirmişdi.