ARDNŞ-dən oğurluq edənlər tutuldu - Kriminal xəbərlər

ardns-den-ogurluq-edenler-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 723

Avqustun 2-si saat 01 radələrində Biləcəri qəsəbə sakini Cavid Məmmədov həmin qəsəbədə Sumqayıt şəhər sakini Uğur Kərimova məxsus «VAZ-2107» markalı avtomobilə sərnişin qismində əyləşib, Xırdalan dairəsində onu yumruqla vuraraq 250 manatını və avtomobilini əlindən alaraq getmişdir. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binəqədi şossesində saz vəziyyətdə aşkar edilmiş, C.Məmmədov isə şübhəli şəxs qismində saxlanılmışdır.

Avqustun 2-si saat 00:30 radələrində Zirə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Əlimurad Həsənov idarə etdiyi «Kamaz» markalı avtomobillə ARDNŞ-yə məxsus 5 ədəd borunu oğurlayıb apararkən Xəzər RPİ PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə 3-cü PB-yə təhvil verilmişdir.

Avqustun 2-si saat 19:50 radələrində Nobel prospektində Bakı şəhər sakinləri Amil Vəliyevin idarə etdiyi «VAZ-2107» markalı və Teymur Nağıyevin idarə etdiyi «Shevralet» markalı avtomobillər toqquşmuş və nəticədə hər iki sürücü hadisə yerində ölmüşdür.

Avqustun 2-si saat 21 radələrində Nobel prospektində Bakı şəhər sakini Rəşad Quliyev idarə etdiyi «Tofaş» markalı avtomobillə Gəncə şəhər sakini Qamət Məmmədov və Bakı şəhər sakini Tamerlan Məmmədovu vurmuşdur. Nəticədə Q.Məmmədov hadisə yerində ölmüş, T.Məmmədov isə 2 saylı xəstəxanaya yerləşdirilmişdir.

Xəzər RPİ Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları Şüvəlan qəsəbə sakini Eldar İbrahimovun həyətindən ümumi çəkisi 21 kiloqramdan artıq olan 10 ədəd çətənə kolu aşkar edərək götürmüşlər.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Quli Əhmədov avqustun 2-də tutulmuşdur.