Arif Qasımovun sakinlərlə növbəti səyyar görüşü

arif-qasimovun-sakinlerle-novbeti-seyyar-gorusu
Oxunma sayı: 1166

Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Ə.Kürçaylı küçəsi 5, 7, 9 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda icra aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, kanalizasiya sisteminin təmir edilməsi, binada giriş qapılarının qoyulması, məhəllələrdəki ağacların suvarılması üçün su kranlarının qoyulması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı icra başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlərin təklif və rəyləri dinlənilib və onların həlli nəzarətə götürülüb.