Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı

artur-rasi-zade-4-komekcisini-isden-cixardi
Oxunma sayı: 8066

Baş nazir Artur Rasi-zadənin köməkçilərinin sayı azaldılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.

Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.