Artur Rasizadə parlamentdə hesabat verir

artur-rasizade-parlamentde-hesabat-verir
Oxunma sayı: 1417

Bu gün Milli Məclisdə hökumətin parlament qarşısında növbəti hesabatı dinlənilir.

“Qafqazinfo” xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, ölkə prezidentinin uğurlu iqtisadi inkişaf strategiyası  ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verib: “Azərbaycan xalqı 2017- ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb. Ölkədə sistemli islahatlar uğurla davam etdirilib. Aparıcı təşklilatlar, reytinq mərkəzləri bu uğurları yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub”.

Bundan sonra baş  nazir Artur Rasizadənin çıxışı başlayıb. 

Baş nazir çıxışında qeyd edib ki, ölkədə adambaşına düşən gəlir 7,2 dəfə artıb. Onun sözlərinə görə, ölkədə qazlaşdırma səviyyəsi son 14 ildə 51 faizdən 93 faizə çatdırılıb. O nəzərə çatdırıb ki, ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycan üzrə sərfəli olan 2050-ci ilə qədər uzadılıb: “Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas prioriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə yaxın elektrik xətləri çəkilib. Ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, kompleksləri yaradılıb.

Son 14 il müasir tələblərə cavab verən yeni müəssisələr istifadəyə verilib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib”.

***

Deputat Azər Badamov da çıxışında Bakı şəhərində tıxac-sıxlıq problemini aradan qaldırmaq üçün göydələnlərin tikintisinə məhdudiyyət qoyulmasını təklif edib. O bildirib ki, Bakıda göydələnlərin sayının çoxalması yenidən tıxac-sıxlıq problemini gündəmə gətirir: “Ona görə də təklif edirəm ki, bu problem həll etmək üçün şəhərin mərkəzində göydələnlərin tikintisinə məhdudiyyət qoyub Bakıətrafı boş ərazilərdə yeni yaşayış massivlərinin, qəsəbələrin salınmasına başlanılmalıdır”.

Günel Türksoy