Arvadı öləndən sonra xəstəxanalıq olan Buş evə buraxıldı

arvadi-olenden-sonra-xestexanaliq-olan-bus-eve-buraxildi
Oxunma sayı: 1005

ABŞ-ın keçmiş prezidenti Ata Corc Buş xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ailədən bildirilib:

“Ata Corc Buş sağalıb və xəstəxanadan evə buraxılıb. Həkimləri hər şeyin qaydasında olduğunu deyiblər”. 

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti aprelin 24-də infeksiyaya yoluxduğundan xəstəxanaya yerləşdirilib. Ata Corc Buş vəziyyəti həyat yoldaşı Barbara Buşun dəfnindən sonra pisləşib. Barbara aprelin 18-də dünyasını dəyişib. 

Nuranə