Arvadını yandırana hökm oxundu

arvadini-yandirana-hokm-oxundu
Oxunma sayı: 881

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üzərinə benzin törərək yandırmaqda təqsirləndirilən Mayis Həsənova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, M. Həsənov həyat yoldaşı Güldəstə Ağayeva ilə mübahisə etdikdən sonra  maşından benzin götürüb evə qayıdıb. Qaz sobasında yemək bişirən arvadı Güldəstə Ağayevanın üzərinə benzin töküb. G. Ağayevanın üz nahiyəsi yanıb, benzinin bir hissəsi yerə və M. Həsənovun öz üzərinə töküldüyü üçün o da müəyyən qədər yanıb. 

M. Həsənov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir. 

Murad Əhməd