Ata, oğul və ən kiçik ölkə...

ata-ogul-ve-en-kicik-olke
Oxunma sayı: 3270

Dünya çempionatı davam etdikcə bir sıra maraqlı göstəricilər ortaya çıxır.

“Qafqazinfo” onların bir neçəsini sizə təqdim edir:

Seneqal mundial tarixində oynadığı 6 oyundan yalnız birində uduzub. Bu matç da 2002-ci ildə keçirilən dünya çempionatının ¼ final mərhələsində olub. Həmin vaxt afrikalılar Türkiyəyə məğlub olmuşdu.

Harri Keyn İngiltərə Qari Linekerdən sonra (1990-cı il dünya çempionatı) İngiltərə üçün bir oyunda 2 qol vuran ilk oyunçu oldu.

Meksika millisinin oyunçusu Rafael Markes 5 dünya çempionatında forma geyən 3-cü, kapitan kimi ilk futbolçu oldu (2002-2006-2010-2014-2018).

Peter və Kasper Şmeyxel mundialda meydana çıxan ilk ata və oğul kimi tarixə düşdülər.

Kriştianu Ronaldo İspaniya ilə oyunda karyerasının 51-ci het-trikini etdi. Bu həm də dünya çempionatları tarixində 51-ci het-trikdir.

İran Mərakeşlə oyunun ilk hissəsində qapıya zərbə endirmədi. 1966-cı ildən bu tərəfə heç zərbə vurmadan bir hissədə qol vuran ilk komanda oldu.

Mundiallar tarixində ilk dəfə bir açılış oyununda – Rusiya – Səudiyyə Ərəbistan matçında meydana sonradan girən futbolçular qol vurdular. Bunlar Denis Çerışev və Artyom Dzyubadır.

Dünya çempionatına qatılan İslandiya mundialda çıxış edən ən kiçik ölkə kimi tarixə düşdü.

Dünya çempionatları tarixində bu mundiallarda iki qırmızı vərəq alan yalnız 2 oyunçu var: Riqobert Sonq (1994, 1998) və Zinəddin Zidan (1998, 2006)

Turnir tarixində ən çox het-trik edən ölkə Almaniya. İndiyə qədər 6 futbolçusu buna nail olub: Edmund Konen, Maks Marlok, Karl-Haynts Rummeniqqe, Qerd Müller, Miroslav Kloze və Tomas Müller

Maradona dünya çempionatları tarixində ən çox əllə oynayan futbolçudur (7 dəfə).

Elsevər