Atasının şəklini paylaşan qız onu bir anda məşhur etdi - Fotolar

atasinin-seklini-paylasan-qiz-onu-bir-anda-meshur-etdi
Oxunma sayı: 6164

ABŞ-ın Texas ştatının Frensvud şəhərində yaşayan 9 yaşlı Karli Savil atasını bir anda məşhur edib. “Qafqazinfo”nun “Yohoo Lifestyle”a istinadən məlumatına görə, xanımla görüşə hazırlaşan tənha ata qızına bir neçə foto göndərib. O, Karlidən necə geyinməsinə dair məsləhət verməyini xahiş edib.

Atasının ona göndərdiyi selfiləri Tvitter hesabında paylaşan uşaq onu sosial şəbəkə ulduzuna çevirib. Belə ki, qısa vaxt ərzində onun tvitinə minlərlə retvit və on minlərlə bəyənmə gəlib. Tvitter istifadəçiləri ona bir könüldən min könülə aşiq olub. Onların bir çoxu Karlinin atasını anaları ilə tanış etmək qərarına gəlib.

Bütün bunlardan sonra ata özünə Tvitter hesabı açıb. O, hesabında “Dörd gözəl qızı tərbiyələndirən sevən ata” sözlərini yazıb. Ata əmindir ki, anidən əldə olunan məşhurluq onun qismətidir və bu, ona xoşbəxt olmaqda kömək olacaq.