“Atletiko” Madrid taxtını itirdi

atletiko-madrid-taxtini-itirdi
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, “Atletiko” Madrid “Real Soseydad”a 1-0 hesabı ilə uduzub. Nəticədə uzun müddətdir 2-liyi əlində saxlayan “Atletiko” 3 – cü sıraya enib. 6 aydır öz meydanında qol buraxmayan Madrid təmsilçisinin qapısına qolu “Real Soseydad”ın futbolçusu Xavi Prieto vurub.

Lider “Barselona” da qələbə qazanıb. “Nou Kamp”da “Deportivo” məğlub edən “Barsa” xallarının sayını 71-ə yüksəldib. Aleksis Sançez və Lionel Messi komandasının qollarını vuran futbolçular olublar. Digər tərəfdən “Real” Madrid də turu qələbə ilə yekunlaşdırıb. “Selta Viqo”nun qonağı olan “Real” Ronaldonun qolları ilə turnir cədvəlində 2-ci yerə yüksəlib.

İqbal