Avro 2012-nin bombardiri kim olacaq?

avro-2012-nin-bombardiri-kim-olacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bukmeyker kontorları turnirin nəticələri ilə bağlı gözləntilərini açıqlayıblar.

Onların fikrinə görə, turnirin bombardiri olmaq üçün ən real namizəd Almaniya yığmasının forvardı Mario Qomezdir. Qomez bu mövsüm “Bavariya”nın heyətində 52 oyuna 41 qol vurub. 30 qolla İngiltərə premyer-liqasının bombardiri olan Robin van Persi ən yaxşı qolçu adına ikinci namizəddir. Madrid “Real”ının forvardı Kərim Benzema isə siyahıda 3-cüdür.

1. Mario Qomez “Bavariya” / Almaniya – 52 oyun, 41 qol
2. Robin van Persi “Arsenal” / Hollandiya – 47, 37
3. Kərim Benzema “Real Madrid” / Fransa – 52 , 32
4. Kriştiano Ronaldo “Real Madrid” / Portuqaliya – 55, 60
5. Fernando Torres “Çelsi” / İspaniya – 49, 11
6. Klaas Yan Huntelaar “Şalke” / Hollandiya – 47, 48
7. Fernando Lloryente “Atletik Bilbao” / İspaniya – 53, 29
8. Robert Levandovski “Borussiya Dortmund” / Polşa – 46, 30
9. Miroslav Kloze “Latsio” / Almaniya – 33, 16
10. Mario Balotelli “Mançester Siti” / İtaliya – 32, 17


Ceyhun Əhmədov