Avrokomissiyadan neftin qiymətiylə bağlı kəskin proqnoz

avrokomissiyadan-neftin-qiymetiyle-bagli-keskin-proqnoz
Oxunma sayı: 2328

Avropa Komissiyası Brent markalı neftin 2018-2019-cu illər üzrə orta qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, Avrokomissiyanın payız proqnozlarına əsasən, 2018-ci ildə Brent neftinin barreli 75,1 dollar, 2019-cu ildə isə 80,6 dollar təşkil edəcək. 

Hesabatda bildirilir ki, bazardakı situasiyaya ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı narahatlıqlar, qlobal iqtisadi inkişafla bağlı optimizm, həmçinin Venesuela və Liviyadan neftin tədarükündə yaranan fasilələr təsir edib.