Bu gün Avropa Liqası və Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin cütləri müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
ÇL-nin püşkatması Bakı vaxtı ilə 15:00-da, AL-nin püşkatması isə 16:00-da başlayacaq.
Çempionlar Liqasında 1/4 finalın iştirakçıları bunlardır:
"Mançester Siti" (İngiltərə), "Liverpul" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Yuventus" (İtaliya), "Ayaks" (Hollandiya), "Porto" (Portuqaliya)
Avropa Liqasında 1/4 finalın iştirakçıları bunlardır:
"Çelsi" (İngiltərə), "Arsenal" (İngiltərə), "Napoli" (İtaliya), "Valensiya" (İspaniya), "Vilyarreal" (İspaniya), "Ayntraxt" (Almaniya), "Benfika" (Portuqaliya), "Slaviya" (Çexiya)
Son xəbərlər
Son Xəbərlər