Avropa İttifaqı Çinlə bağlı qadağanı ləğv etdi

avropa-ittifaqi-cinle-bagli-qadagani-legv-etdi
Oxunma sayı: 1217

Avropa İttifaqı (Aİ) Çindən günəş panellərini idxalına qoyduğu 5 illik qadağanı ləğv edib.

“Qafqazinfo” “Akşam”a istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada bu qərarın günəş paneli istifadəçilərinin ehtiyaclarına görə atıldığı bildirilib.

Həmçinin alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində işlərin sürətləndirilməsi də planlaşdırılır.

İdxal sabahdan etibarən mümkün olacaq.

Qeyd edək ki, ABŞ-ın son aylardakı sanksiyaları səbəbindən Çin Avropa ölkələri ilə iqtisadi münasibətləri gücləndirməyə çalışır.