Avropa İttifaqının ali nümayəndəsi Bakıya gəlir

avropa-ittifaqinin-ali-numayendesi-bakiya-gelir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, səfər çərçivəsində K.Eşton Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi fonunda Aİ ilə əməkdaşlıq məsələsi də müzakirə olunacaq. Bununla yanaşı, viza rejiminin sadələşdirilməsinə məsələsi də diqqət mərkəzində olacaq.

Qeyd edək ki, K.Eşton Azərbaycana Cənubi Qafqaz regionuna səfəri çərçivəsində gələcəkdir.