Avropa Valyuta Fondu yaradılır

avropa-valyuta-fondu-yaradilir
Oxunma sayı: 875

Avropa İttifaqı Komissiyası Avropa Valyuta Fondunun yaradılmasını təklif edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fondun kapital qoyuluşu 500 milyard avro müəyyənləşdirilib.

Bu təklif Avropa İttifaqı ölkələri arasında iqtisadi və valyuta əməkdaşlığının gücləndirilməsini nəzərdə tutan təkliflər paketində yer alıb.

Eyd edilib ki, fond maliyyə böhranı yaşayan və beynəlxalq borcları ödəməkdə çətinlik çəkən üzv ölkələrə dəstək göstərəcək.

Növbəti mərhələdə Avropa İqtisadiyyat və Maliyyə naziri postunun təsis edilməsi də nəzərdə tutulub. Bu posta təyin ediləcək nazir Avropa Valyuta Fondunun fəaliyyətinə nəzarət edəcək.

Məsələnin 15 dekabrda Avropa İttifaqının Brüsseldə keçiriləcək zirvə görüşündə müzakirəyə çıxarılacağı açıqlanıb.