Avstraliya da Rusiyaya qarşı sanksiya tətbiq etdi

avstraliya-da-rusiyaya-qarsi-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 679

Avstraliya hökuməti Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı sanksiya tətbiq edib. “Qafqazinfo”nun “Lenta.ru”ya istinadən xəbərinə görə, bu barədə Avstraliya Xarici işlər naziri Meris Peyn bildirib.

Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib. Siyahıda Rusiya Fderal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrə sərhəd ximətinin rəisi Sergey Stankeviç, “Don” gəmilərinin komandiri Aleksey Salyayev , “İzmurd” gəmisinin komandiri Andrey Şipitsin, eləcə də “Suzdalets” Rusiya Hərbi-Dəniz Donanmasının komandiri Sergety Şerbakov da var.

Qeyd edək ki, martın 15-də Kerç boğazındakı hadisələrə görə Avropa İttifaqı, ABŞ və Kanada da Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 

Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədərini pozduğu üçün atəşə tutulub və 24 dənizçi saxlanılıb.