Avtomobil yolları qaydalara uyğun salınır?

avtomobil-yollari-qaydalara-uygun-salinir
Oxunma sayı: 671

Avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır. 
 
“Qafqazinfo” xəbər verir ki, Təcrübə-Sınaq Mərkəzinin Səyyar labaratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar labaratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümünələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi  aktlaşdırılaraq “Azəravtoyol” ASC-ə təqdim edilir.
 
Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar ( mövcud  normalardan kənara  çıxma halları ) olarsa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.