Ayan Füzuli Musayevlə olan fotolarından danışdı

ayan-fuzuli-musayevle-olan-fotolarindan-danisdi
Oxunma sayı: 11608


Müğənni Lent.az-a bildirib ki, ailə qurduğu bəylə çəkdirdiyi şəkilləri ötən gün paylaşmaq qərarına gəlib: 

“Ötən gün “facebook” səhifəmdə şəkillər yaydım. Paylaşdığım şəkillərin hər birinə isə şərhlər qeyd etmişəm. Həmin şərhlərdən sonra nəsə deməyim yaxşı deyil. Məncə, şəkillər hər şeyi deyir. Həm də yenidən bir söz desəm, şəxsi həyatım müzakirə olunacaq. Bu da mənə xoş deyil. Dünən ürəyim istədi, şəkilləri paylaşdım, saytlar da yazdı”. 

Müğənni sonra bildirib ki, yaxınlarda yenidən efirlərdə görünəcək: “Allah hər kəsə övlad  nəsib etsin. Uşağım olduğuna görə, başım ona qarışıb. Amma yenidən efirə qayıdacam. Bu vaxt da məlumdur. Qızımın qırxı çıxandan sonra, fəaliyyətimə start verirəm. Bəstəkar Elçin İmanovdan və digər bəstəkarlardan yeni mahnılar almışam. Yaxın zamanlarda dinləyicilərin ixtiyarına verəcəm”. 

Qeyd edək ki, cütlüyün martın 1-də qızı olub, körpəyə Selena adını verilib.

Xatırladaq ki, bir müddət əvvəl Qafqazinfo bu barədə məlumat yaysa da, hər iki tərəf-həm Ayan, həm də Füzuli Musayev xəbəri təkzib edərək aralarında heç bir münasibətin olmadığını bildirmişdilər.