Ayandan xəbər var

ayandan-xeber-var
Oxunma sayı: 1120


“Qafqazinfo”nun məlumatına görə, ifaçı repertuarını tacik musiqisi ilə yeniləyib. Tacik xalq musiqisinin sözlərini Xanım İsmayılqızı yazıb. Ayanı skripkada Səlim müşayiət edib.

Müğənni “Yar-yar” adlandırdığı kompasiziyaya məsuliyyətlə yanaşıb: “Xalq mahnılarımızdan ehtiyatla bəhrələnirəm. Heç bir səhvə yol vermək istəmirəm. Tacik mahnısını da böyük məsuliyyətlə hazırlamışam. Bəhrəsini görəcəyimə inanıram” – deyən A.Babakişiyevanın klip təzələdiyini də öyrəndik.

Onun adını hələki sirr saxladığı mahnılarından biri Gəncədə işıq üzü görəcək. Bu səbəbdən yaradıcı heyətin yaxın günlərdə bölgəyə səfəri gözlənilir.

Ayan Babakişiyevanın xalq artisti Aygün Kazımova ilə gerçək dostluğunun sirrini də xəbər aldıq. Münasibətin səmimiyyət üzərində qurulduğunu deyən Ayan xalq artistinə böyük hörmət bəslədiyini və ondan böyüklük və səmimyyət gördüyünü bildirib.

Xatırladaq ki, Aygün Kazımova bu günlərdə verdiyi solo konsertində səhnəyə gətirilən və adının baş hərfini əks etdirən böyük gül çələngi ətrafdakıların marağına səbəb olmuşdu. Həmin çələngi sevimli rəfiqəsinə məhz Ayan təqdim etmişdi.


Aynur