AYB-dəki davanın - Detalları

ayb-deki-davanin-detallari
Oxunma sayı: 635

“Bəli, mən təsdiq edirəm ki, AYB-də belə bir xoşagəlməz olay baş verib, amma bunu şişirdiblər. Həqiqətən də həmin axşam Əsəd Cahangir, Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl, Mövlud Mövlud, Tofiq Mahmudov Elçin Hüseynbəylidən otağının açarını alıblar. Deyiblər ki, telefonla danışmaq istəyirik. Elçin onların kiminlə danışdığını bilməyib. Qəfildən otağa girəndə görüb ki, Əsəd Cahangir Şərif Ağayarla danışır. O əsəbiləşib ki, niyə sən mənim otağımdan Əkrəm Əylislini tərifləyən bir adamla danışırsan. Bu zaman dava yox, mübahisə yaranıb. Butulka da yəqin su butulkası olub. Mübahisə zəminində qapı çırpılıb, qəfildən Tofiq Mahmudovun barmağı qapının arasında qalaraq ciddi xəsarət alıb. Dərhal onu xəstəxanaya aparıblar. Tofiqin barmağı qurban gedib. Yerə düşən də barmağın qanı olub. Daha deyildiyi kimi AYB-də qan düşməyib”.

Bəlkə içkili imişlər, ona görə dava düşüb?

Sualımıza aldığımız cavab belə oldu: “Hər halda onların ağzını iyləməmişəm”

Onu da öyrəndik ki, məsələyə AYB sədrinin katibi Fikrət Qoca da qarışmalı olub. Ə.Əsgəroğlunun dediyinə görə, Fikrət Qoca dava salan “kütləvi qrupu” otağına çağırararq danlayıb, “gərək bu dərəcəyə çatdırmayaydınız”-,deyib.

Onu da öyrəndik ki, hər kəs Anar müəllimin son qıərarını gözləyir. Hazırda ölkə xaricində olan AYB sədri gələn kimi təcili toplantı keçiriləcək. Hadisəni törədənlər və hal şahidləri dindiriləcək.