“Ayıb olsun o şəxslərə ki...”- - Flora Kərimova

ayib-olsun-o-sexslere-ki-
Oxunma sayı: 2292


“Heç kim bu dünyanı tutub durmayıb.Tanrı kimin başını sığallamaq lazım olduğunu özü seçir. Əlimizdən gələn köməyi etməliyik. Ayıb olsun o şəxslərə ki, deyir məşhur olmaq istəyirsənsə, hesabıma pul köçür. Mənə də əl tutanlar olub. Deyirlər ki, mənim mahnımı oxuma, məndən icazə al. Sözüm özünü sənətkar adlandıran şəxslərədir.  Bu mahnı oxunubsa, efirdə səslənibsə, deməli mahnı artıq nə müğənninin, nə bəstəkarındır. Mahnı artıq xalqındır. Mahnı gənc ifaçını tanıtdıracaqsa, ona qadağa qoymağa heç kimin ixtiyarı yoxdur”.