Ayseldən “Eurovision” açıqlaması

ayselden-eurovision-aciqlamasi
Oxunma sayı: 1879

Azərbaycanı gələn il “Eurovision” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, bir neçə gün bundan əvvəl münsiflər heyəti tərəfindən adı açıqlanan caz ifaçısı instaqramda onu təbrik edən hər kəsə təşəkkürünü bildirib. 

O, uğur qazanmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib:

“Əzizlərim, mən bütün səmimi ürək sözlərinizə, arzularınıza və təbriklərinizə görə təşəkkür edirəm. Mənə tarixin ən möhtəşəm və daim məşhur Nolan “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı verilib.

Həqiqətən də bununla fəxr edirəm və digər iştirakçı ölkələr arasında ən yaxşı nəticəni əldə etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Mənə inanan, dəstək olanlara bir daha təşəkkürümü bildirirəm”.