“Azarkeşlər əndazəni aşdılar” - Kosovonun baş məşqçisi

azarkesler-endazeni-asdilar
Oxunma sayı: 2770

Millətlər Liqasının son qrup matçında yığma komandamızı öz meydanında 4:0 məğlub edən Kosovo millisinin baş məşqçisi Bernard Şalland mətbuat konfransı keçirib.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

“Nəticədən məmnunam. Oyundan əvvəl mənə maraqlı idi ki, bu təzyiq altında necə oynayacağıq. Cavab aldım və çox məmnunam”.

- Bu cür uğur qazanacağınızı komandadan gözləyirdinizmi? Necə düşünürsünüz, Avropa çempionatına çıxmaq mümkün olacaq?

- Qrupda qalib gəlmək arzum idi. Rəqibləri tanıdıqdan sonra buna inandım. Martda da bu barədə danışmışdım. Mənim üçün önəmli hücum futbolu oynamaq idi. Bütün istəklərimizə çatdıq. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, buna inanıram. İndi bizi AÇ-dən cəmi 2 addım ayırır. Qarşıdakı rəqib Makedoniyadır. Bu uğura inanmasam, axmaq olaram. Qarşıda bizi seçmə tsikl gözləyir. Millətlər Liqasında isə yarımfinaladək hərə 1 ilimiz var. Əlbəttə, qitə birinciliyinə yüksəlmək üçün Millətlər Liqası daha yaxın yoldur. Seçmə mərhələyə hazırlıq mərhələsi kimi baxmıram. Ancaq Millətlər Liqasında daha yaxşı olmağımız üçün bizə köməyi dəyəcək.

- Bunun məşqçilik karyeranızın ən uğurlu səhifəsi olduğunu düşünürsünüzmü?

- Düşünürəm ki, növbəti uğurum daha böyük olacaq. Avropa Çempionatına yüksələcəyimizə inanıram.

-  Azərbaycan himni fitə basıldı. Axı, Bakıda Kosovo himni fitə basılmamışdı. Buna münasibətiniz necədir?

-  Mən İsveçrədən gəlmişəm və siyasətə qarışmaq istəmirəm. Bu olaya münasibətim müsbət deyil. Azərbaycan yığması yaxşı komandadır. Bəli, azarkeşlər həddən artıq çılğın idilər. Hesab edirəm ki, azarkeşlər əndazəni aşdılar.