Azərbaycan daha bir hərbçisini itirdi

azerbaycan-daha-bir-herbcisini-itirdi-
Oxunma sayı: 639

Xudat sakini Aydın Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtobus yolun əks istiqaməti ilə hərəkət edən 32 yaşlı Şahin Poladovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə minik maşınının sürücüsü Ş.Poladov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Minik maşınında sürücüdən başqa şəxslərin olub-olmadığı isə açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, qəzaya yolun buz bağlaması səbəb olub. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Ş.Poladov Müdafiə Nazirliyinin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin giziridir.