Azərbaycan əhalisinin sayı açıqlandı

azerbaycan-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 3517

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə görə 9 milyon 967 min 730 nəfərə çatıb.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə ərazisində bir kvadrat kilometrə düşən əhali sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizi şəhər, 47,1 faizini kənd sakinləridir. Azərbaycan vətəndaşlarının 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.