Azərbaycan filmi beynəlxalq festivalda göstəriləcək

azerbaycan-filmi-beynelxalq-festivalda-gosterilecek-
Oxunma sayı: 650

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, beynəlxalq festival Bişkekdəki “Manas” kinoteatrında təşkil olunacaq.

Festivalın münsiflər heyəti hər ölkədən bir film olmaqla baxış üçün on film seçib.

Azərbaycan bu festivalda “İmper Qrup” prodüser mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi ilə təmsil olunacaq.

Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədovdur.

“Bir addım” filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək müxtəlif mükafat və diplomlara layiq görülüb.