Azərbaycan nefti yenidən 73 dolları ötdü

azerbaycan-nefti-yeniden-73-dollari-otdu
Oxunma sayı: 3166

Avqustun əvvəlində ucuzlaşan Azərbaycan nefti son günlərdə bahalaşaraq yenidən 73 dolları ötüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib.

Bu, cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti isə avqustun 17-də 72,67 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,83 dollar/barel bahdır.