Azərbaycan neftinin bir bareli 76 dollara satılır

azerbaycan-neftinin-bir-bareli-76-dollara-satilir
Oxunma sayı: 1008

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 30-da 70,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 30-da 75,11 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.