Azərbaycana payızın gələcəyi dəqiq vaxt - Açıqlandı

azerbaycana-payizin-geleceyi-deqiq-vaxt
Oxunma sayı: 882

Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq.

X.Mikayılov qeyd edib ki, bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.