Azərbaycanda 11 126 nəfər dövlət qulluqçusu kimi pensiya alır

azerbaycanda-11-126-nefer-dovlet-qulluqcusu-kimi-pensiya-alir
Oxunma sayı: 665

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır.

Onu da bildirək ki, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

Xatırladaq ki, iyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Bu bayram prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq yeddinci ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Nigar Məmmədli