Azərbaycanda 2940 nəfərin sürücülük hüquqi məhdudlaşdırılıb

azerbaycanda-2940-neferin-suruculuk-huquqi-mehdudlasdirilib-
Oxunma sayı: 637

Cari ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində Dövlət Yol Polisi əməkdaşları tərəfindən 671 min 542 yol hərəkəti qayda (YHQ) pozuntusu qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, bvunlardan 11952-si nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, 79531-i müəyyən olunmuş sürət həddinin aşılması, 11349-u ötmə qaydalarının pozulması, 34844-ü yolayrıclarının keçilməsi qaydalarının pozulması, 4204-ü isə sərnişin daşıma qaydalarının pozulması ilə bağlı olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, YHQ pozuntusuna görə 50054 sürücü yerində cərimə olunmuş, 2940 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.