Azərbaycanda ağır qəza -Yaralılar var

azerbaycanda-agir-qeza-yaralilar-var
Oxunma sayı: 648

Rusiyadan gəlib Zaqatala rayonuna gedən 50 yaşlı Rauf Məhəmmədəli oğlu Ömərovun idarə etdiyi və içində sərnişinlər olan “Mercedes” markalı mikroavtobus 44 yaşlı Cavanşir Talıbovun idarə etdiyi “Belarus MTZ” markalı traktorla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sürücüsü ilə birlikdə 8 sərnişin xəsarət alaraq Siyəzən rayon müalicə və diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzdən veriləən məlumata görə, yaralılardan 3-nün vəziyyəti xüsusilə ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıb. BDYP-nin müstəntiqi Elşən Mürsəliyevin ANS əməkdaşına verdiyi məlumata görə, hadisəyə səbəb traktorun qəfildən magistral yolun sol tərəfindəki arakəsmədən “Mercedes”in qarşısına çıxması olub.

Qəzanın dəqiq səbəbləri isə təytin olunmuş avto texniki ekspertizanın rəyindən sonraq məlum olacaq./anspress/