Azərbaycanda icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü - Yenilənib

Azərbaycanda icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü
Oxunma sayı: 6633

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
“Qafqzinfo”un APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141-ci kilometrliyində, Şamaxının Şərədil kəndində Şamaxı sakini, 1988-ci il təvəllüdlü Novruzov Cavid Gülabbas oğlunun idarə etdiyi 90-KK-731 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu sakini, İsgəndərzadə Fərəc Azad oğluna məxsus 10-NK-677 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015” in sürücüsü Cavid Novruzov və sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

***

APA-nınxəbərinə görə, Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.
 
İki “Vaz” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015”in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
 
Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi