“Azərbaycanda korrupsiya yoxdur” - Açıqlama

azerbaycanda-korrupsiya-yoxdur-aciqlama
Oxunma sayı: 1417

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov deyib. “Hər bir dəyərləndirmə, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalıdır, subyektiv fikirlər üstünlük təşkil etməməlidir. Biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq”, - o deyib.

Əli Əhmədovun sözlərinə görə, siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir. “Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi, bu məsələdə də həqiqəti göstərməlidirlər”, - YAP funksioneri qeyd edib. O deyib ki, Azərbaycan cəmiyyətində də əhalinin böyük əksəriyyəti həmin məsələlərdə fərqli düşünür. “Azərbaycanda korrupsiya yoxdur. Hökumət bunu etiraf edir və eyni zamanda korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır”, - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycanda bununla bağlı siyasi iradə ortadadır. Əli Əhmədov vurğulayıb ki, bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək.