Azərbaycanda vəkil cəzalandırıldı

azerbaycanda-vekil-cezalandirildi-
Oxunma sayı: 655

“Azadlıq” radiosunun məlumatına görə, Rəyasət Heyəti Elçin Namazovun vəkillikdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

İntizam Komissiyasının rəyində bildirilirdi ki, Elçin Namazov Nəsimi Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs olunanların işi üzrə avqustun 27-də keçirilən iclasda etik qaydaları pozub. Komissiya bu rəyi hakim Şahin Abdullayevin vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına göndərdiyi qərar əsasında çıxarıb. Hakim qərarında göstərib ki, vəkil məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozub.