Azərbaycandan dollar çıxarmaq istəyən şəxs saxlanıldı

azerbaycandan-dollar-cixarmaq-isteyen-sexs-saxlanildi
Oxunma sayı: 2270

Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4000 ABŞ dolları aşkar edilib. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Murad Əhməd