Azərbaycandan Serbiya kilsəsinə 647 min avro

azerbaycandan-serbiya-kilsesine-647-min-avro
Oxunma sayı: 647

Serbiyanın Novi Sad şəhərində "Müqəddəs Petka" kilsəsinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycanın 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 647 619 (altı yüz qırx yeddi min altı yüz on doqquz) avro məbləğində vəsait ayrılıb. Bu barədə Nazirlər Kabinetinin 27 avqust 2011-ci il tarixli 265 saylı sərəncamında qeyd olunur.

Deyerler.org