“Azərbaycanı tərk edəcəyəm” – Böyükağa Hacıyev

azerbaycani-terk-edeceyem-boyukaga-haciyev
Oxunma sayı: 646

- Əlbəttə, oyundan sonra sizinlə görüşmək mənim üçün çox şaddır. Fürsətdən istifadə edərək, Azərbaycanın bütün futbolsevərlərini salamlayaraq, təbriklərimizi çatdırırıq. Bilirsiniz ki, neçə illərdir futbolumuz bir az əziyyət çəkir. Ancaq bu gün çox sevindiricidir ki, komandamız İtaliyada, “Milanda “İnter”lə heç-heçə oynadı və yaxşı oyun göstərdi.

- Oyundan öncə bu nəticəyə inanırdınız?
- Mən sözü dəfələrlə təkrar edirəm ki, həyatda özümdən başqa hər şeyə inanıram. Bir şey reallıqdırsa, niyə inanmayaq? “İnter” hansı cəhəti ilə “Neftçi”dən seçilirdi? Qol vəziyyətlərinə, yoxsa oyunda topu saxlamağına görə. Vobay Flavinyonu, İmamverdiyev Kanalesi vaxtında “oxuya bilsəydi”, nəticə başqa olardı. Futbolu yorğanın altında gizlətmək olmaz. Bir gün üzə çıxacaqdı.

- Hansı əvhal ruhiyyədəsiniz? Şokdasınız ki, “İnter” niyə oynaya bilmədi, yoxsa nəticəyə görə təəccüblənirsiniz?
- Mənim bu həyatda təəccübləndirmək mümkün deyil. Görə-görə gəlmişəm. Bir neçə ay əvvəl əzrayılın əlinin sıxıb gəlmişəm. Öz gördüyüm işə çox inanıram. İşim təsadüf yox, qanunauyğundur. Mən də şokdayam, ancaq burnumu qaldırmamışam. Həyatda beləyəm.

- - Siz hələ qrupa düşəndə, qalib oldunuz. “Neftçi”nin xal qazanmağı inkişafdır, inkişafa gedən yoldur, yoxsa qara tuneldə görünən işıqdır?
- Gəlin, bir şeyi unutmayaq ki, futbolda inkişaf digər idman növlərindən fərqli gec tərpənir. Ancaq bu gün hər şey göz qabağındadır. Hər şeydən qabaq bu uğur ölkə prezidentinin yeritdiyi düzgün mövqenin bariz nümunəsidir. Unutmayın ki, inkişaf Rövnəq Abdullayevin AFFA-ya düzgün rəhbərliyinin nəticəsidir. Biz balaca fiqurlarıq, icraçıyıq. Baş məşqçi işini düzgün qurursa və başında Sadıq Sadıqov kimi prezident varsa, nəticə olacaq. Böyükağa olmayacaq, başqası olacaq, inkişaf həmişə olacaq. Bütün klub prezidentlərinə məsləhət görərdim ki, Sadıqovdan səviyyə dərsi götürsünlər. Mən o günü görməyəcəyəm, siz görəcəksiniz ki, məşqçilər futbolu düzgün tutsalar, hər şey yaxşı olacaq.

- Siz milli komandanın baş məşqçisi olmağa iddianızı qoyursunuz?
- Bir azərbaycanlı kimi millinin baş məşqçisi olmaq hər şeydən öncə şərəf yeridir, pul dağarcığı yox. Əgər Azərbaycan idmanı üçün nə isə işlər görə bilirsənsə, deməli, xoşbəxtsən. Milli bir az başı bəladır. Berti Foqts möhkəm oturub, 16 il Avropada qazandığı uğuru hələ xərcləməkdir. Onun işinə maneçilik törətmək istəmirəm. Çox güman ki, Azərbaycanı tərk edəcəyəm.