Azərbaycanın olimpiya çempionu daha bir arzusuna çatdı

azerbaycanin-olimpiya-cempionu-daha-bir-arzusuna-catdi-
Oxunma sayı: 656

Azərbaycanın olimpiya çempionu Namiq Abdullayev daha bir arzusuna çatıb. Belə ki, 2000-ci il Sidney Olimpiyadasının qızıl medalçısı Namiq Abdullayevin ailəsində xoş hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan güləşinin fəxri olan, Sidney Olimpiyadasında əldə etdiyi birinciliklə hər kəsin qəlbində dərin iz buraxan Namiq Abdullayev ata olub. Bir neçə il əvvəl ailə quran idmançımız ata olacağı günü səbrsizliklə gözləyirdi. Dünən onun qız övladının dünyaya gəlməsi haqda xəbər bütün dostlarını da sevindirib.

Qeyd edək ki, N. Abdullayev indiyə kimi Olimpiya yarışlarında ən yüksək nəticə göstərən Azərbaycan idmançısıdır. O, Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdı.

Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.

Təbrik edirik.