ATV kanalının məşhur “Vicdan haqqı” serialında Nərmin obrazı ilə tanınan aktrisa Yağmur Şahbazova Türkiyədə fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, yeni sezonda kanal 7-də yayımlanan “Yemin”lə tamaşaçı qarşısına çıxacaq. O, ekran işinin 71-ci bölümündən etibarən azərbaycanlı qadın obrazını canlandıracaq.
Qeyd edək ki, Yağmur Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Əməkdar artist Esmiralda Şahbazovanın qızıdır.
Son xəbərlər
Son Xəbərlər