Azərbaycanlı aktyor 2-ci dəfə evləndi - Fotolar

azerbaycanli-aktyor-2-ci-defe-evlendi
Oxunma sayı: 8724

Tanınmış aktyor-aparıcı Elvin Ağayev ikinci dəfə  ailə həyatı qurub. “Qafqazinfo” xəbər verir ki, o,  aktrisa Elvina Atakişiyeva ilə münasibətini rəsmiləşdirib. 

Toy fevralın 23-də Bakıda baş tutub. Cütlük instaqram səhifələrində toydan çəkilən fotoları paylaşaraq təbrik edən hər kəsə təşəkkürlərini bildirib. 

Qeyd edək ki, E .Ağayev ilk dəfə Nərgiz adlı xanımla 2011-ci ildə ailə həyatı qurub.Cütlük rəsmi olaraq 2017-ci ildə boşanıb. Onların bu nikahdan iki qız övladı var.