Azərbaycanlı oliqarx 1 gündə bir milyard dollar varlandı

azerbaycanli-oliqarx-1-gunde-bir-milyard-dollar-varlandi
Oxunma sayı: 8437

Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb. 

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub.
 
Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib.
 
Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.