Azərbaycanlı qadın Tatarıstanda nazir təyin olundu

azerbaycanli-qadin-tataristanda-nazir-teyin-olundu
Oxunma sayı: 2271

Tatarıstan prezidenti Rüstəm Minnixanov Arxiv İşləri üzrə Dövlət Komitəsinin rəhbəri İradə Əyyubovanı mədəniyyət naziri təyin edib.

“Qafqazinfo” “Tatar-İnform” saytına istinadən xəbər verir ki, bununla bağlı prezidentin sərəncamı bu gün imzalanıb:

“İradə Əyyubova tutduğu vəzifədən vaxtından əvvəl azad edilərək Tatarıstan Respublikasının mədəniyyat naziri təyin olunsun”.

Keçmiş nazir Ayrat Sibaqatullin isə təqaüdə çıxıb. O, 2011-ci ildən nazirliyə rəhbərlik edib. 

Qeyd edək ki, İradə Əyyubova Azərbaycanda anadan olub. 2005-2006-cı illərdə Tatarıstanın mədəniyyət nazirinin müavini, 2011-2015-ci illərdə nazirin birinci müavini, 2016-cı ildən isə Arxiv işləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifələrində çalışıb. 

Nuranə