Azərbaycanlı rəssam kraliçanı belə çəkdi - Foto

Azərbaycanlı rəssam kraliçanı belə çəkdi
Oxunma sayı: 1957

9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq kraliçaya təqdim edilib.

Qeyd edək ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi